Gədəbəydə qanunsuz tikintinin qarşısı alınıb (FOTO/VİDEO)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət
Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması
istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, belə ki, Agentliyin mütəxəssisləri tərəfindən
Gədəbəy rayonu, Novosaratovka kəndində vətəndaş Məmmədova Rübabə
Məlik qızı tərəfindən müvafiq icazəverici sənədlər olmadan tikinti
işlərinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə
Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər
nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə
götürülüb.

Teqlər: