Gədəbəy rayonunun Alnabat kəndində ümumi sahəsi 144 m² olan (hər mərtəbəsi 72 m2, 2-ci mərtəbəsi taxta konstruksiyalardan ibarət) ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.