Gədəbəy rayonunda yerləşən hərbi hissələrdən birinə sərxoş halda daş atan şəxs həbs edilib.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, polis tərəfindən saxlanılan Şəmkir rayon sakini, 1977-ci il təvəllüdlü Z.Əliyevin (şərti soyadlı) hadisə vaxtı sərxoş halda olması müəyyənləşib.
O, saxlanılaraq Gədəbəy rayon Polis Şöbəsinə aparılıb və barəsində protokol tərtib edilib.
Həmin şəxs hərbi hissənin önündə söyüş söyərək oraya daş atmasını spirtli içkinin təsiri altında olması ilə izah etməyə çalışb.
Xuliqanlıq əməli törətməklə yanaşı polisin qanuni tləbinə əməl etməyən şəxs barəsində 10 sutka inzibati həbs qərarı verilib.