Gədəbəy rayonunda 4 nəfərin dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
AzerTimes xəbər verir ki, Gədəbəy rayon sakinləri – 1993-cü il təvəllüdlü Mehdi Quliyev və 2001-ci il təvəllüdlü Leyla Abbasova Yenikənd kəndində, 1998-ci il təvəllüdlü Bahar Şirinova və 1950-ci il təvəllüdlü Qənirə Şirinova isə Şınıx kəndində yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri kafi qiymətləndirilir.
Hər iki faktla bağlı araşdırma aparılır.