Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.
Gədəbəy şəhərindəki parkda naməlum şəxs rayon sakini 14 yaşlı Turay Şabanova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.
T.Şabanov xəstəxanaya aparılarkən yolda ölüb.
Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən, rayon sakini olan yeniyetmə saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb.