Gədəbəy və Qrıza qar yağıb

Mayın 7-si saat 11:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər
verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti davam edib,
bəzi yerlərdə şimşək çaxıb, fasilələrlə yağış yağıb, Böyük Qafqazın
bəzi yerlərində intensiv olub.

Bunu AzerTimes-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin
rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, Gədəbəy rayonunun dağlarına və Qrıza qar
yağıb, qar örtüyünün hündürlüyü Qrızda 1 sm olub.

U.Tağıyeva qeyd edib ki, mayın 7-də saat 01:17-01:19 radələrində
Ağdam rayonu Quzanlı qəsəbəsinə diamteri 0.5 sm olan dolu
düşüb.

“Düşən yağıntının miqdarı Qrızda 16 mm, Balakəndə 15 mm, Qubada
13 mm, Xınalıq, Şəkidə 12 mm, Qusarda 11 mm, Zaqatalada 10 mm,
Şərur, Kürdəmir, Ləzə, Sarıbaşda 9 mm, Bərdə, Kişçay (Şəki),
Xaltanda 8 mm, İsmayıllı, Daşkəsəndə 7 mm, Ağdərə (Ordubad),
Göygöl, Şamaxı, Mingəçevir, Ağdamda 6 mm, Şahbuz, Gədəbəy, Şəmkir,
Altıağac, Oğuz, Sabirabadda 5 mm, Culfa, Sədərək, Ağsuda 4 mm,
Qəbələ, Yevlax, Göyçay, Tərtər, Şabranda 3 mm, Naxçıvan, Naftalan,
Qobustan, İmişli, Cəfərxan, Qax, Yardımlıda 2 mm, Gəncə,
Mingəçevir, Astara, Ordubad, Ağstafada 1 mm olub, Bakıda və Abşeron
yarımadasının bəzi yerlərində az yağış yağıb”.

Xidmət rəisinin sözlərinə görə, şimal-qərb küləyinin sürəti
arabir Naftalanda 21 m/s, Sabirabadda 17 m/s, Biləsuvar, Şabranda
16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakı, Maştağada 35 m/s,
Binə, Pirallahıda 25 m/s, Neft Daşlarında 24 m/s, Çilov adasında 23
m/s, Sumqayıtda 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının
məlumatına əsasən dalğanın hündürlüyü 5.2 metrə çatıb.

“Güclü küləkli hava şəraiti mayın 8-i gündüzədək, qeyri-sabit,
yağıntılı hava şəraiti isə mayın birinci ongünlüyünün sonunadək
davam edəcək”.

Teqlər: