Deputat Elman Nəsirov parlamentin bugünkü iclasında Gədəbəyin Söyüdlü kəndində baş verənlərdən təəssüfləndiyini deyib.
AzerTimes xəbər verir ki, o, baş verənlərdə kənar əllərin olduğunu bildirib.
“Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmov və sabiq deputat Nazim Məmmədovun iştirakı barədə məlumatlar yayılıb. Azərbaycan polisi ilə bağlı çox təhqiramiz ifadələr işlədib. Buna heç cür yol vermək olmaz. Təbii ki, qanunları pozan polislər cəzalandırılacaq. Təsadüfi deyil ki, daxili işlər naziri Gədəbəyə heyət göndərib”, – o qeyd edib.