Gecə saatlarında işləyən kafenin sahibi və müştəriləri cərimələnib (FOTO)

Abşeron rayonunda karantin qaydalarını pozaraq müştərilərə gecə saat 00:00-dan sonra xidmət göstərən kafe aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman Masazır qəsəbəsində yerləşən “Kral” kafesinin saat 00:20 radələrində müştərilərə xidmət göstərdiyini müəyyən ediliblər.

Obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb, kafenin sahibi İ.Hüseynov və 6 müştəri saxlanılaraq Polis İdarəsinə dəvət edilib. Müştərilər və kafenin sahibi barəsində inzibati qaydada tədbir görülüb və onların hər biri cərimə ediliblər. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl olunmasının vacibliyi bir daha onların diqqətinə çatdırılıb.

Teqlər: