Rusiyanın “Sberbank”ı və “Gecə canavarları” motosiklet klubu AB-nin sanksiyalar siyahısına daxil edilib.
AzerTimes xəbər verir ki, bu barədə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell öz Tvitter səhifəsində məlumat yayıb.
“Bu gün biz Rusiyanın böyük banklarından olan “Sberbank”ı sanksiyalar siyahısına daxil edirik. Siyahıda hərbi məmurlar, “Gecə canavarları” motosiklet klubu və aktyorlar da var”, – Borrell bildirib.