Bu gecə Bakının Yasamal rayonu ərazisində ağır zəncirvari yol qəzası baş verib.
Hadisə Cəfər Cabbarlı küçəsində yüksək sürətlə hərəkət edən ‘Mercedes’ markalı avtomobilin digər iki “Mercedes” ilə toqquşması nəticəsində qeydə alınıb.
Qəza zamanı 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Ölənlərdən biri qəzanı törədən avtomobilin sürüsü, 1992-ci il təvəllüdlü Binnətli Salman Natiq oğlu, digəri isə yol kənarında duran piyada – 1983-cü il təvəllüdlü Ağayev Elçin Namiq oğludur. Mərhum, maşının onu vurması nəticəsində əvvəlcə ağaca, sonra isə reklam lövhəsinə çırpılaraq yerə düşüb. O, bir neçə hissəyə parçalanıb.
Qəza zamanı 1991-ci il təvəllüdlü Əhməd Müzəffərov, 1995-ci il təvəllüdlü Əmrah Əliyev, 1994-cü il təvəllüdlü Anar Feyzullayev, həmçinin təvəllüdü və soyadı hələ ki, məlum olmayan Adil adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sonuncu şəxsin xəsarəti yüngül olduğundan o, evə buraxılıb. Qəza zamanı ağır kəllə-beyin travması alan Əhməd Müzəffərovun vəziyyəti kritikdir. Yaralılar qəzanı törədən avtomobilin sərnişinləri olublar.
Əraziyə 4 “təcili yardım” maşını və polis əməkdaşları cəlb olunub.