Gecə Azərbaycan küçə və meydanları insanlarla dolub

Gecə Azərbaycan küçə və meydanları insanlarla dolub

Paytaxtın müxtəlif ərazilərində Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş keçirilir.

Yürüşdə minlərlə insan iştirak edib. Əllərində Azərbaycan bayraqlarını tutmuş sakinlər himnimizi oxuyaraq, “Qarabağ” şüarını səsləndirirlər.

Dəstək aksiyaları, həmçinin, Xırdalan, Sumqayıt şəhərlərində, eləcə də digər şəhər və rayonlarda keçirilir.

Şəhidlər xiyabanına doğru hərəkət edən camaat Milli Məclisin qarşısına yığılaraq, Məclisin qapısını sındıraraq içəri daxil olublar.
İlk tələb hazırkı, Müdafiə Nazirliyinin Qərargah rəisi Nəcməddin Sadıqovun istefası olub.
Dilimizi belə bilməyən adıçəkilən şəxsin Kremlə işlədiyi irəli sürülür.