GDİB yeni layihənin icrasına başlayıb (FOTO)

“Gəncliyə dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Region könüllüləri hərəkatında yeni mərhələ” layihəsinin icrasına başlayıb.

Layihənin məqsədi region və kəndli gəncləri kütləvi olaraq könüllülük hərəkatına və ictimai fəaliyyətə cəlb etməklə onların fərdi inkişafına təkan vermək və onlarda sosial məsuliyyət hissini artırmaqdan ibarətdir. Eyni zamanda sosialyönümlü könüllülüyü təbliğ etmək və bu istiqamətdə inkişaf əldə etməkdən ibarətdir.

Fəaliyyət planında nəzərdə tutulduğu kimi 10 oktyabr 2021-ci ildə Zərdabda 12 nəfər gənclə bərabər ilk təlim həyata keçirildi. Təlimdə Ağcabədi Gənclərin İnkişaf və Karyera Mərkəzinin sədri Fuad Əliyev, Zərdab rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ələkbər Kərimov qonaq kimi iştirak edib.

İlk öncə təşkilatın sədri Vəfa Xəlilli tədbiri açıq elan etdi və Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Vəfa Xəlilli Azərbaycan Gənclər Fondu, təşkilat və layihə haqqında məlumat verib. Sonra təlimdə iştirak edən Ağcabədi GİKM sədri Fuad Əliyev Könüllülük haqqında məlumat verdi və gənclərin sosial xidmət sahəsində könüllülük fəaliyyətlərinə təşviq olunması üçün həyata keçirilən bu kimi tədbirlərin və layihələrin təqdirəlayiq olduğunu bildirib.

Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ələkbər Kərimov könüllü fəaliyyət haqqında gənclərə məlumat verərək təşkilatın işinə uğurlar arzu etdi və gəncləri könüllü fəaliyyətdə aktiv görmək istədiyini bildirib.

Təşkilatın sədr müavini Eldar Xəlilov sosial könüllülük istiqamətində gəncləri məlumatlandırıb. Eyni zmanada təşkilatın İdarə heyətinin üzvü Şəhriyar Şükürzadə “Könüllü fəaliyyət haqqında qanun”u gənclərin nəzərinə çatdırıb.

Təlim zamanı gənclərə sertifikatlar paylanıb.

Teqlər: