Gazelli Group şirkəti şərdə olduğu kimi, xeyirdə də Azərbaycan xalqının yanındadır (FOTO)

Azərbaycanın ilk təbii kosmetika istehsalçısı olan Gazelli Group şirkəti həmişə olduğu kimi müqəddəs Ramazan Bayramında da xalqımızın yanında olduğunu göstərdi.

AzerTimes-ın məlumatına görə, şirkət “Həm şərdə, həm xeyirdə Gazelli Group yanınızda” adlı sosial aksiyanı reallaşdırıb.

Aksiya çərçivəsində ötən ilin oktyabrında erməni teroru nəticəsində Gəncədə yaxınlarını itirmiş və evlərinə ziyan dəymiş soydaşlarımız ziyarət edilib, dövlət tərəfindən artıq yeni mənzillərlə təmin edilmiş vətəndaşlara baş çəkilib. Bununla da 100-dən artıq ailəyə Gazelli Group tərəfindən qida məhsullarından ibarət Ramazan sovqatları paylanılıb, bayram təbrikləri çatdırılıb. Bundan əlavə ölkəmizdə COVİD19 pandemiyası təhlükəsi nəzərə alınaraq, hər ailəyə Gazelli Groupun istehsal etdiyi SANİTARY və +H2O brendlərinin antiseptik məhsulları da təqdim edilib. Bununla da şirkət Gəncə sakinlərinin bayramına öz töhfəsini verməklə, istər pis gündə, istərsə də şad gündə onların yanında olduğunu nümayiş etdirib.

Gazelli Group şirkəti öz korporativ sosial siyasətinə əsasən bundan sonra da ehtiyac yarandığı halda dövlətimizin və xalqımızın yanında olmağa çalışacaq.

Teqlər: