Gazelli Group şirkəti 28 May – Azərbaycanın Müstəqillik Günü münasibəti ilə yeni məhsullarını təqdim edib (FOTO)

Gazelli Group şirkəti 28 May – Azərbaycanın Müstəqillik Günü
münasibəti ilə yeni məhsullarını təqdim edib.

VƏTƏNPƏRVƏR RUHUNDA DAHA BİR PARFÜM

Cənubi Qafqazın ilk təbii kosmetika istehsalçısı olan Gazelli
Group şirkəti Müstəgillik Günümüzə özəl ölkəmizin zəngin tarixi və
mədəniyyətimizə ithafən kişilər üçün yeni DASTAN – LAND OF FİRE
ətrini təqdim edib.

ADORE – da “Made in Azerbaijan” tədbiri çərçivəsində baş tutmuş
təqdimat mərasimində çıxış edən Gazelli Group şirkətinin direktoru
Nərmin İsmayılova bildirib ki, parfüm üçün məhz bu adın seçilməsi
təsadüfi deyil: “Axı məlumdur ki, “Azərbaycan” adının özü orta fars
dilindən tərcümədə “Əbədi Odlar Yurdu” deməkdir. Yeni ətir də məhz
ölkəmizin qeyri-adi gözəl və zəngin təbiətindən ilhamlanaraq
yaradılıb”. Qeyd edək ki, DASTAN LAND OF FİRE Gazelli Group şirkəti
tərəfindən keçən il tarixi qələbəmiz və qüdrətli ordumuzun şərəfinə
yaradılmış DASTAN ətrinin qürurlu davamıdır. Parfümun kompozisiyası
ilk olaraq berqamotla dəniz notlarının qarışığını ortaya qoyur. Bu
notlar xurma, muskat, sümbül, qızılgül, jasmin və rozmarin
notlarına qarışaraq, müşk, paçuli və sidr notları ilə aromatik
simfoniyanı tamamlayır. Azərbaycanın zəngin çoxəsrlik tarixindən
ilhamla dolu orijinal DASTAN LAND OF FİRE ətri əsl vətənpərvər
insanların sadiq yoldaşına çevriləcək.

GAZELLİ GROUPDAN DAHA BİR YENİLİK – BY RUKHA BRENDİ İLƏ
BAĞLIDIR.

Şirkət “By Rukha” dekorativ kosmetika brendinin çeşidlərini 4
yeni məhsulla genişləndirib:

“Plumping LipsBy Rukha – həcmi
artırma effekti ilə dodaq parıldadıcısı

Məhsulun əsas üstünlüyü ani nəticədir.Tərkibindəki qırmızı bibər
ekstraktı dodaqlarda qan dövranını əhəmiyyətli dərəcədə
yaxşılaşdırır, nəticədə gözəl həcm yaranır.

Dodaq parıldadıcısı iki çalarda təqdim olunur: ağılları
dumanlaşdıran qırmızı və son illərdə gözəllik
dünyasının trendinə çevrilən – nyud rəngi. Bu
məhsulun digər çox vacib xüsusiyyəti – suya davamlı olmasıdır.
Dəriyə qulluq da təqdim edilən yeni məhsulların əsas
göstəricilərindəndir. Dodaq dərisinin nəmləndirilməsini lazımi
səviyyədə saxlayan hialuron turşusu buna cavabdehdir. Məhsulun
tərkibindəki innovativ peptid isə həcm verməklə yanaşı, dodaqların
dərisini yumşaldır, yaşlanmasına və laxlaşmasına qarşı təsir
göstərir.

“Expressive Eyes” By Rukha – maye göz
kölgəsi

By Rukha seriyasındakı başqa bir yenilik Expressive
Eyes
maye göz kölgələridir. Məhsul iki tonda təqdim olunur
qara. “Expressive
Eyes” By Rukha
maye göz kölgələrinin üstünlükləri:

• tətbiqi asandır

• yuvarlanmır

• parçalanmır və tökülmür

• qıvrımlarda yığılmır

• qalıcıdır, gün ərzində korreksiyaya ehtiyacı yoxdur

Gazelli Groupun bütün brendlərini olduğu kimi, təqdim edilən
yeni məhsullarını da artıq ADORE, SABİNA mağazalar şəbəkələri və
GAZELLİ SHOP-dan əldə etmək mümkündür.

Teqlər: