“Gardashlar Mebel” şirkətinin rəhbəri Əli Mirzəyev “Tərəqqi” medalı ilə təltif edilib

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında sahibkarlıq
fəaliyyəti sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında”
imzaladığı sərəncama əsasən Mirzəyev Əli Məmməd oğlu “Tərəqqi”
medalı ilə təltif olunub.

2015-ci ildən fəaliyyət göstərən “Gardashlar Mebel” şirkəti
Azərbaycanın başlıca ən böyük və ən müasir mebel istehsalçısıdır.
Fabrik bir sıra beynəlxalq sərgilərə qatılaraq məşhur brendlərlə
əməkdaşlıq edir. 17-dən çox mebel kateqoriyası üzrə ixtisaslaşan
“Gardashlar Mebel”-in əsas fəaliyyət istiqamətlərinə ofis
mebelləri, yumşaq yataq mebel dəstləri, müxtəlif funksionallıqda
mətbəx mebelləri, uşaq mebelləri, fərqli arnamentli stol və
stellar, qonaq otağı dəstləri, qarderoblar və TV stendləri
daxildir. Şirkət həmçinin özəl layihələr əsasında təhsil və tədris
mərkəzləri, hərbi hissələr, səhiyyə ocaqları, dövlət və özəl
müəssisələri üçün müxtəlif təyinatlı mebellərin sifarişini də
həyata keçirir. Şirkətin texnoloji yeniliklərə və insan kapitalına
etdiyi yatırım mebel sektorunda daha keyfiyyətli və zövqlü
məhsullar istehsal etməyə imkan yaradır.

7 ildən çox təcrübəyə malik olan “Gardashlar Mebel”-in əsas
mqsədi ölkədə sahibkarlığın inkişafına göstərilən dəstək sayəsində
insan kapitalına və texnologiyaya etdikləri yatırım ilə daha da
irəliyə getməkdir. 17-dən çox mebel kateqoriyası üzrə məhsulların
istehsalı isə şirkətin insanların müxtəlif inkişaf dövlərində
ehtiyaclarına əhəmiyyət verilməsinin bariz sübutudur. İstər ölkə
daxilində istər dövlət, istərsə də özəl sahədə 200-dən çox uğurlu
layihələrin icrasında iştirak edərək keyfiyyətli işlərə imza atan
“Gardashlar Mebel”-in mebel sahəsi üzrə öncül olması təsadüfi
deyil.

Teqlər: