G7 XİN rəhbərləri Ukraynadakı hadisələri müzakirə edəcəklər

G7 ölkələrinin xarici işlər nazirləri arasında bu gün Ukrayna
ətrafında vəziyyətlə bağlı növbəti onlayn danışıqlar
keçiriləcək.

AzerTimes-ın məlumatına görə, bu barədə “TASS”a Yaponiyanın Xarici
İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, Yaponiya tərəfindən danışıqlarda XİN rəhbəri
Yosimasa Hayasi iştirak edəcək.

Qeyd edilir ki, qarşıdakı danışıqlarda tərəflər Ukrayna
ətrafında mövcud vəziyyəti müzakirə etməyi, gələcək fəaliyyətlər
barədə fikir mübadiləsi aparmağı və G7 çərçivəsində əməkdaşlığı
möhkəmləndirməyi planlaşdırır.