Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdə G7
ölkələrinin xarici işlər nazirliklərinin rəhbərləri Ukrayndakı
vəziyyətlə bağlı bəyanatla çıxış ediblər.
Trend xəbər verir ki, sənəddə Minsk razılaşmalarının tam şəkildə
həyata keçirilməsi üçün Normandiya Formatının səylərinə dəstək
ifadə olunur.
Bəyanatda, həmçinin qeyd olunur ki, G7 ölkələri Kiyevin Minsk
razılaşmalarını yerinə yetirmək niyyətini təsdiqləyir.
“Biz, Ukrayna prezidenti Vladimir Zelenskinin ölkəsinin Minsk
razılaşmalarına qəti sadiqliyini və bu prosesə konstruktiv töhfə
verməyə hazır olduğuna dair bəyanatlarını bir daha təsdiqləyirik.
Ukraynanın təşəbbüsləri Rusiya müzakirəçiləri və Rusiya
Federasiyası hökuməti tərəfindən ciddi şəkildə nəzərdən
keçirilməlidir”, – sənəddə vurğulanır.