G7 ölkələri Ukraynaya təhlükəsizlik və iqtisadiyyat sahəsində planlaşdırdıqları uzunmüddətli dəstəyin sabit edildiyi birgə bəyannaməni razılaşdırıblar.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.
“Müdafiə sahəsində çox güclü razılaşmalarımız və G7 ölkələri tərəfindən razılaşdırılan Ukraynaya birgə dəstək haqqında bəyannaməmiz var. O, dövlətimiz üçün təhlükəsizlik təminatları ilə bağlı Ukrayna və ayrı-ayrı qarant ölkələr arasında təhlükəsizlik üzrə ikitərəfli razılaşmalar sisteminin qurulması yolunda mühüm addımdır”, – Yermak qeyd edib.
Onun sözlərinə görə, bəyannamə həm Ukraynanın ehtiyaclarını, həm də tərəfdaşların imkanlarını nəzərə alan birgə məhsuldur.
Bəyannamə çərçivə sənədidir. Növbəti addım isə Ukrayna və ayrı-ayrı qarant ölkələr arasında təhlükəsizlik üzrə çoxtərəfli qarşılıqlı fəaliyyət çərçivələri ilə birləşdirilən ikitərəfli razılaşmalar sisteminin qurulmasıdır.