G7-nin növbəti sammitində Ukraynadakı münaqişənin diplomatik yolla həllinin mümkünlüyü məsələsi müzakirə olunacaq.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“Yaxın günlərdə Rusiyanın Ukraynaya təcavüzünün nəticələri, xüsusən də diplomatik həllin mümkün olub-olmaması, eləcə də diplomatik yol mümkün olmadığı təqdirdə vəziyyətə hazırlıq məsələsi müzakirə olunacaq”, – o bildirib.