G7 ölkələrinin qarşıdakı iki-üç həftə ərzində Rusiya almazlarına qadağa qoyacağını elan edəcəyi gözlənilir.
AzerTimes xəbər verir ki, bu barədə “Skay Nyus” Belçika hökumətindəki mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, G7 liderləri ABŞ-ın Rusiyanın dünyanın ən böyük almaz istehsalçılarından biri olan “Alros”şirkətinə qarşı mövcud sanksiyaların genişləndirilməsini müzakirə ediblər.
Qadağanın yanvar ayından qüvvəyə minəcəyi gözlənilir.