G7 ölkələri və Avstraliya Rusiya nefti üçün maksimum hədd təyin etmək barədə razılığa gəliblər.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Koalisiya (G7 və Avstraliya) davamlı olaraq qiymətləndiriləcək sabit qiymət həddi ilə bağlı razılığa gəlib”, – agentlik bildirib.
Bildirilib ki, neftin qiymətinin səviyyəsinin yekunlaşdırılması prosesi noyabrın sonuna planlaşdırılır.
Qeyd edək ki, daha öncə ABŞ-ın maliyyə naziri Canet Yellen Rusiya neftinin qiymətinin bir barrel üçün təxminən 60 dollar səviyyəsində müəyyən edilməsini təklif edib.