G7 ölkələrinin XİN başçılarının görüşünün vaxtı açıqlanıb

G7 xarici işlər nazirləri aprelin 7-də Brüsseldə bir araya
gələcəklər.

Trend xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər
Nazirliyinin yaydığı bəyanatda deyilir.

Qeyd edilir ki, G7 ölkələrinin xarici işlər nazirləri əvvəlcə
Brüsseldə ayrı-ayrılıqda danışıqlar aparacaqlar ki, bu da Şimali
Atlantika (NATO) alyansına üzv dövlətlərin xarici işlər
nazirlərinin həmin günə planlaşdırılan iclasından əvvəl olacaq.

Hər iki görüşdə Yaponiya Xarici İşlər Nazirliyinin rəhbəri
Yoşimasa Hayaşi iştirak edəcək. O, ilk dəfə olaraq alyansın xüsusi
dəvəti ilə NATO ölkələrinin xarici işlər orqanları rəhbərlərinin
görüşündə iştirak edəcək.

“Yaponiya ilə NATO ölkələri arasında təkcə Ukraynadakı vəziyyət
baxımından deyil, həm də azad və açıq Hind-Sakit okean regionu
konsepsiyasının həyata keçirilməsinə yönəlmiş əməkdaşlığın
gücləndirilməsi planlaşdırılır”, – bəyanatda vurğulanır.