G7 üzv ölkələrinin səhiyyə nazirləri yeni qlobal pandemiyalarının yaranma riskini azaltmağı müzakirə edəcəklər.
Trend TASS-a istinadən xəbər verir ki, dünyanın yeddi iqtisadi inkişaf etmiş ölkə birliyinin görüşünə qeyri-rəsmi nümayəndələri kimi Hindistan, Cənubi Koreya, Avstraliya və Cənubi Afrikanın nazirləri onlayn olaraq qoşulacaqlar.
Bildirilir ki, iclasda mikroorqanizmlərin müqaviməti, rəqəmsal səhiyyə, peyvənd inkişafındakı klinik sınaqlar, müalicə və diaqnostika kimi digər mövzular da qaldırılacaq.
Bu il G7-yə rəhbərlik edən Böyük Britaniya zirvəni ənənəvi formatda 11-13 iyun tarixləri arasında Kornuol yarımadasının Atlantik sahilindəki Karbis-Bey kurort şəhərində keçirmək niyyətindədir. G7 ölkələrinin liderlərindən əlavə sammitdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, bu il xüsusi dəvət olunmuş Avstraliya, Hindistan, Cənubi Koreya, Cənubi Afrikanın liderləri və Dünya ticarət təşkilatının yeni Baş direktoru Nqozi Okonjo-Iveale də iştirak edəcəklər.