G7 ölkələrinin Rusiya nefti ilə bağlı yeni planı

G7 ölkələrinin Rusiya nefti ilə bağlı yeni planı

G7 ölkələri Rusiya neftinin daşınma və sığorta xərclərinə hədd tətbiq etməklə onun qiymətini məhdudlaşdırmaq imkanını müzakirə edirlər.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Nəşrin məlumatına görə, bu mexanizm yalnız qiyməti razılaşdırılmış neft və neft məhsullarının daşınmasına imkan verir.

“Blumberq” bununla bağlı yekun qərarın verilmədiyini və hazırda məsələ ilə bağlı müzakirələrin aparıldığını bildirib.

Teqlər: