G7 ölkələrinin maliyyə nazirlikləri və mərkəzi banklarının
rəhbərlərinin fevralın 17-18-də keçirilməsi planlaşdırılan görüşü
martın 1-nə qədər təxirə salınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə mənəblərə istinadən “Reuters” agentliyi xəbər yayıb.
Məkumata əsasən, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada,
ABŞ, Fransa və Yaponiya nümayəndələrinin görüşü G20 ölkələrinin
maliyyə nazirlərinin Cakartada İndoneziyanın sədrliyi ilə
keçiriləcək birinci toplantısı zamanı keçirilməsi
planlaşdırılırdı.
Mənbənin sözlərinə görə, G7 ölkələrinin maliyyə idarələri və
mərkəzi banklarının rəhbərlərinin iclası iştirakçıların
əksəriyyətinin G20 ölkələrinin iclasında şəxsən iştirak edə
bilməyəcəyinə görə təxirə salınıb.
Qeyd edək ki, yanvarın 1-dən G7 -də sədrlik Almaniyaya
keçib.