G7 ölkələri Ukraynaya əlavə silah tədarükü ilə bağlı razılığa gəliblər

“Böyük yeddilik” (G7) ölkələri Ukraynaya müdafiə silahlarının
tədarükünü davam etdirmək və Rusiyaya qarşı sanksiyaları
genişləndirmək barədə razılığa gəliblər.

AzerTimes-ın
məlumatına görə, bu barədə “G7” xarici işlər nazirlərinin bu gün
keçirilən görüşünün yekunlarına dair Böyük Britaniya Xarici İşlər
Nazirliyinin rəhbəri Liz Trass bildirib.

“Biz Ukraynaya müdafiə silahları və texnikası tədarükünü davam
etdirməyə, Rusiya iqtisadiyyatını zəiflətmək üçün sanksiyaları
artırmağa razılaşdıq”, – deyə L.Trass öz “Twitter” səhifəsində
yazıb.