G7 ölkələri inkişaf etməkdə olan ölkələrdə qızların məktəb təhsilinə 15 milyard dollar ayıracaq

“Yeddilər qrupu” (G7) ölkələri inkişaf etməkdə olan ölkələrdə qadınların məktəb təhsilini dəstəkləmək üçün yaxın iki ildə 15 milyard dollar xərcləməyi planlaşdırırlar.

AzerTimes-ın məlumatına görə, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi bildirib.

G7 üzvü olan ölkələr ayrılmış maliyyə vəsaitləri sayəsində az gəlirli ölkələrdə yaşayan 40 milyondan çox qızların 2026-cı ilədək məktəbə getməsinə imkan əldə olunacağına və bu ölkələrdən 20 milyon 10 yaşına qədər qızların oxumağa öyrənəcəyini ümid edirlər.


15 milyard dolların G7 ölkələri tərəfindən 2018-ci ildə başlanılan inkişaf maliyyə qurumları arasında əməkdaşlağı – 2X Challenge mexanizmi çərçivəsində paylanacağı gözlənilir.