G7 ölkələri neft və qaz hasil edən dövlətləri hasilatı artırmağa
çağırıb və OPEC-in bu işdə əsas rol oynamalı olduğu fikrini
bildiriblər.
AzerTimes-ın məlumatına görə, bu barədə G7 ölkələrinin görüşünün
yekunları üzrə yayılan bəyanatda deyilir.
“Biz neft və qaz istehsalçılarını məsuliyyətli davranmağa və
beynəlxalq bazarlara tədarükləri artırmağa çağırırıq, OPEC bu işdə
əsas rol oynamalıdır”, – deyə bəyanatda bildirilib.
Qeyd edilir ki, G7 ölkələri Ukraynadakı hadisələr nəticəsində
yaranan ərzaq böhranının qarşısını almaq üçün tədbirlər görməyə və
Ukraynaya ərzaqla kömək etməyə söz veriblər.
G7 ölkələri Ukraynaya dəstəklərini ifadə edib və anti-Rusiya
sanksiyalarına ciddi riayət olunmasına nəzarət etməyə hazır
olduqlarını bəyan ediblər.