Martın 24-də keçiriləcək G7, NATO və Aİ liderlərinin
sammitlərində Ukraynanın mövqeyi qətiyyətlə səsləndiriləcək.
AzerTimes-ın məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir
Zelenski xalqa müraciətində deyib.
“Mən bu gün Niderlandın baş naziri Mark Rütte və Fransa
prezidenti Emmanuel Makronla danışdım. Avropada keçiriləcək mühüm
sammitlər ərəfəsində mövqelərimizi əlaqələndiririk. Martın 24-də
G7-nin, NATO və Avropa İttifaqı liderlərinin görüşləri keçiriləcək.
Bizim mövqeyimiz aydındır. İnanın mənə mövqeyimiz qətiyyətlə
səsləndiriləcək”, – deyə V.Zelenski bildirib.