Yeddi Qrup (G7) ölkələrinin liderləri dünyanın bütün ölkələrinin koronavirus əleyhinə peyvəndlərin bərabər əlçatanlığına dair çıxış edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın sədrliyi ilə keçirilən dünyanın ən iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin qeyri-rəsmi birliyinin virtual zirvə toplantısından sonra qəbul edilən kommünekidə bildirilib.
Sənəddə qeyd edilib: “COVID-19 (ACT-A) ilə Mübarizə üçün vasitələrə əlçatanlığının sürətləndirilməsi təşəbbüsünün, onun COVAX mexanizminin və peyvəndlərə, müalicələrə və diaqnostikaya əlverişli qiymətlərlə ədalətli girişin bütün elementlərini dəstəklədiyimizi təsdiqləyirik”.