G7 iclasında iştirak edən Hindistan nümayəndə heyəti karantinə alınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Böyük Britaniyada G7 ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak edən Hindistan nümayəndə heyəti karantinə alınıb.

AzerTimes-ın məlumatına görə, nümayəndə heyətinin iki üzvü koronavirusa yoluxub.

Bununla əlaqədar olaraq, heyətin digər üzvləri, eləcə də onlarla təmasda olan şəxslər özünütəcrid rejiminə keçib.


G7 XİN rəhbərlərinin görüşü mayın 3-5-də keçirilib.