G7-dən Ukraynadakı referendumla bağlı bəyanat

G7-dən Ukraynadakı referendumla bağlı bəyanat

G7 ölkələri Ukraynanın şərqində keçirilən referendumları pisləyib.

AzerTimes xəbər verir ki, bu barədə G7 liderlərinin birgə bəyanatında bildirilib.

Vurğulanıb ki, Ukraynanın suveren ərazisinin statusunu dəyişdirməyə yönələn bu hərəkətlər BMT nizamnaməsinə, beynəlxalq hüquqa və qanunun aliliyinə ziddir:

“G7 Ukraynanın işğal edilmiş ərazilərində keçirilən referendumlara görə Rusiyaya qarşı sanksiyaları genişləndirməyə hazırdır”.

G7 liderləri oktyabrın 25-də Berlində Ukraynanın bərpası ilə bağlı konfrans keçirməyə razılaşıblar.

Xatırladaq ki, bu gün Ukraynanın Rusiya qoşunlarının nəzarətində olan Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərində Rusiyaya subyekt kimi qoşulmaq üçün referendum başlayıb. Proses sentyabrın 27-dək davam edəcək.

Teqlər: