Hazırkı Fələstin-İsrail münaqişəsi Fələstinin tanınması ilə iki dövlətin dinc yanaşı yaşaması əsasında bitməlidir.
AzerTimes xəbər verir ki, bu barədə Yeddilik Qrupu (G7) liderlərinin İtaliyada keçirilən görüşünün yekunları üzrə qəbul edilmiş bəyanatında deyilir.
“Biz beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq iki demokratik dövlətin – İsrail və Fələstinin təhlükəsiz və tanınmış sərhədlər daxilində yan-yana yaşayan iki dövlətli həllə sarsılmaz sadiqliyimizi bir daha təsdiqləyirik”, – deyə bildirilib.