G7 ölkələri Çin, İran və Şimali Koreya şirkətlərinə qarşı sanksiyaları nəzərdən keçirir.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Agentliyin məlumatına görə, G7 ölkələri Rusiyanı hərbi texnologiya ilə təchiz edən Çin, İran və Şimali Koreya şirkətlərinə qarşı sanksiyaların tətbiq edilib-edilməməsini müzakirə edirlər.
Həmçinin qeyd olunur ki, Böyük Britaniya hökuməti Prezident Vladimir Zelenskinin Londona gözlənilməz səfəri ilə əlaqədar Ukraynaya döyüş təyyarələrinin göndərilməsinin uzunmüddətli imkanlarını qiymətləndirir.