G20 ölkələrinin Xarici İşlər Nazirliklərinin rəhbərləri və yüksəkvəzifəli nümayəndələri Qida Təhlükəsizliyi barədə bəyannamə qəbul ediblər.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə İtaliyanın xarici işlər naziri Luici Di Mayo mətbuat konfransında bildirib.
Nazir bildirib: “Fəxr edirəm ki, bu gün Materada qida və qidalanma təhlükəsizliyi barədə Bəyannamə qəbul edərək hamımız qida təhlükəsizliyinə sadiq olduğumuzu bir daha təsdiqlədik”.
Yekun sənəddə qeyd edilir ki, “mövcud tendensiyalar davam edərsə, 2030-cu ilə qədər aclıqdan əziyyət çəkən insanların sayı 840 milyonu keçəcək”. Eyni zamanda bildirilir ki, “bu rəqəmlər COVID-19 pandemiyasına görə itkiləri nəzərə almır və bu səbəbdə qeyd olunan rəqəmlər daha 100 milyondan çox arta bilər”.