“Böyük İyirmilik” (G20) qrupuna daxil olan bütün ölkələrin
liderləri, o cümlədən Rusiya prezidenti Vladimir Putin birliyin
sammitinə dəvət olunub.
AzerTimes-ın
məlumatına görə, bu barədə İndoneziyanın maliyyə naziri Sri Mulyani
İndravati bildirib.
O, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının rəhbər
orqanlarının yaz sessiyası zamanı qlobal iqtisadiyyatın gələcək
inkişaf perspektivlərinin müzakirə edildiyi seminarda çıxış edib.
Tədbirin aparıcısı V.Putinin payızda Bali adasında keçiriləcək G20
liderlərinin görüşündə iştirak edib-etməyəcəyini soruşub. Nazir
cavab olaraq bildirib: “Biz dəvət etdik”.
O vurğulayıb ki, dəvətnamələr əvvəlcədən göndərilir:
“G20-yə daxil olan bütün ölkələr artıq öz dəvətlərini
alıblar”.