“Böyük iyirmilik” (G20) ölkələrinin BMT Baş Assambleyası çərçivəsində Əfqanıstandakı vəziyyətlə bağlı toplantısının Nyu-Yorkda sentyabrın 22-də keçirilməsi planlaşdırılır.
AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, hazırda görüşün formatı üzrə iş aparılır.
Bununla birgə, tədbirin keçirilməsinin tarixi barədə qərarın dəyişdirilməsi istisna edilmir.