G20 iştirakçıları Lavrovu bu cür pərt etdilər

G20 iştirakçıları Lavrovu bu cür pərt etdilər

G20 xarici işlər nazirlərinin görüşündə bir çox nazir Lavrovla birgə şəkil çəkdirmək istəməyib.

AzerTimes xəbər verir ki, bu barədə Yaponiyanın rəsmi agentliyi məlumat yayıb.

“Bu il görüş iştirakçılarının ənənəvi fotosessiyası baş tutmayıb. Səbəb bir sıra xarici işlər nazirinin Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə şəkil çəkdirməkdən imtina etməsidir”, – məlumatda deyilir.

Nümayişkaranə şəkildə Lavrovla şəkil çəkdirməkdən imtina edənlərdən biri ABŞ Dövlət katibi Entoni Blinkendir.

Lavrov özü isə situasiyanı belə şərh edib: “Heç kimi mənimlə şəkil çəkdirməyə dəvət etməmişəm”.

Teqlər: