İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı
vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri
çəkilərkən atdıqları silah-sursatın yığılması məqsədi ilə daxili
işlər orqanlarının əməkdaşları tərəfindən intensiv tədbirlər yerinə
yetirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, Füzuli
Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun işğaldan azad edilmiş
ərazilərində keçirdikləri növbəti tədbirlər nəticəsində müxtəlif
silah-sursat aşkar edilib.
Tapılan 9 avtomat, 1 pulemyot, 1 snayper tüfəngi, 1 tank
əleyhinə idarəolunan raket, 3 qumbaraatan, 30 müxtəlif növ əl
qumbaraları, 67 müxtəlif çaplı mərmilər, 7500 müxtəlif çaplı
patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə
təhvil verilib.