Füzulidə tikiləcək beynəlxalq hava limanı Qarabağa çılan qapı olacaq (VİDEO)

Azərbaycan Dağlıq Qarabağda beynəlxalq hava limanının tikintisinə başlayıb və payızda istifadəyə vermək niyyətindədir.

AzerTimes-ın məlumatına görə, bu barədə RBK telekanalının reportajında bildirilib.

Qeyd edilib ki, Bakıda ümid edirlər ki, bunun Şuşa şəhəri də daxil olmaqla dağıdılmış yaşayış məntəqələrinin bərpasını sürətləndirəcək.

“Eyni zamanda iki magistral yol tikilir. Füzuli hava limanı, ən ağırları da daxil olmaqla bütün növ təyyarələri qəbul edə biləcək. O artıq beynəlxalq indekslər kataloquna daxil edilib”.


“Azeraeronaviqasiya” (AZANS) hava hərəkəti İdarəsinin direktoru Fərhan Quliyev qeyd edib ki, bu beynəlxalq hava limanı həqiqətən Qarabağa açılan bir qapı kimi olacaq:

“Bu, bölgənin turizm potensialını və xüsusən Qarabağın incisi olan Şuşanın potensialını açacaq. Hava limanı bölgənin iqtisadi və maddi-texniki inkişafına imkan vərəcəkdir. Yəni biz burada uzunmüddətli potensial görürük”.

Teqlər: