Füzulidə qəzaya düşən yol polisi rəisi Bakıya təxliyə edilib (VİDEO)

Füzuli rayonunda yol polisi avtomobilinin iştirakı ilə ağır
yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN)
Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, martın 13-də saat 14 radələrində Füzuli şəhəri
ərazisində Novruz Orucovun idarə etdiyi “Mercedes-Benz” və
İ.Hümbətovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillər
toqquşub. Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə
yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanasına
yerləşdiriliblər.

Hadisə ilə bağlı Füzuli Rayon Polis Şöbəsində araşdırma
aparılır.

Füzuli Rayon Xəstəxanasından Trend-ə bildiriblər ki, xəsarət alan hər üç
şəxs Bakıya təxliyə olunub.

Qəzada kəllə-beyin travması alan Şuşa rayon yol polisinin rəisi
İlqar Hümbətov Daxili İşlər Nazirliyinin Hospitalına köçürülüb.
Xəsarət alan digər iki nəfər isə şirkət əməkdaşlarıdır. Onlardan
biri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna digəri
isə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Twitter:@FaridZohrabov

Teqlər: