Füzulidə polis əməkdaşı özünü öldürüb

Füzuli rayon polis şöbəsinin əməkdaşı özünü güllələyib
öldürüb.

DİN-in Mətbuat Xidmətindən AzerTimes-a bildirilib ki, mayın 13-də
Füzuli rayon Polis Şöbəsinin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz
qəsəbəsindəki evdə ona təhkim olunmuş xidməti silahla ehtiyatsız
davranması nəticəsində açılan atəşdən ölmüşdür. Faktla bağlı rayon
prokurorluğunda araşdırmalar aparılır.

Teqlər: