Füzulidə kənd sakini minaya düşüb

Mayın 28-si saat 18 radələrində Füzuli rayonunun işğaldan azad
olunmuş ərazisində 1999-cu il təvəllüdlü Xəyal Abdullayevin
çoxsaylı qəlpə yarası alması barədə rayon prokurorluğuna məlumat
daxil olub.

Füzuli rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, aparılmış
araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan Xəyal
Abdullayevin rayonun Gorazıllı kəndi ərazisində minaya düşməsi
nəticəsində xəsarətlər alması müəyyən edilib.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma
aparılır.

Teqlər: