Füzulidə kaset bombasının partlaması ilə bağlı cinayət işi açılıb

Xəbər - Samir Əli -Trend:

Füzulidə sürücü işləyən şəxsin iş zamanı kaset bombasına toxunması və xəsarət alması ilə bağlı cinayət işi açılıb.

Füzuli rayon prokurorluğundan AzerTimes-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 12-də saat 11 radələrində “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsi zamanı Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Füzuli rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.

Teqlər: