Xəbər - Samir Əli – Trend:
Füzuli rayonunda ata və qızı zəhərlənib.
AzerTimes-ın məlumatına görə, hadisə noyabrın 12-də baş verib.
Rayon sakinləri, 1986-cı il təvəllüdlü Ricay Mirzəyev və onun qızı 2011-ci il təvəllüdlü Aytac Mirzəyeva evlərində pomidor turşusundan zəhərlənib. Hər iki şəxs Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, vəziyyətləri ağırlaşan ata və qızı noyabrın 14-də Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.
Həkimlərin səylərinə baxmayaraq, R.Mirzəyev dünyasını dəyişib. Qızı A.Mirzəyeva isə hazırda reanimasiyadadır.
Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu AzerTimes-a faktı təsdiqləyib. O bildirib ki, hazırda 10 yaşlı qızın vəziyyəti ağırdır.