Füzulidə ata qızını qətlə yetirdi

Xəbər - Samir Əli – Trend:

Füzuli rayonunda ata qızını qətlə yetirib.

Füzuli Rayon Prokurorluğundan AzerTimes-a verilən məlumatda
bildirlir ki, martın 6-sı saat 20 radələrində 1989-cu il təvəllüdlü
Ramilə Əsədovanın Füzuli rayonu ərazisində yaşadığı evdə aldığı
xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil
olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin atası 1957-ci il
təvəllüdlü Ağarəhim Niftəliyevin şəxsi münasibətlər zəminində
aralarında yaranmış münaqişə zamanı Ramilə Əsədovaya çoxsaylı bıçaq
xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən
edilib.

Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.


Ağarəhim Niftəliyev şübhəli şəxs qismində tutularaq istintaqa
cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam
etdirilir.

Teqlər: