Füzuli. Aslan Məmmədli – Trend:
Füzuli rayon sakini 14 yaşlı Emil Əlizadə öz bacarığını ortya qoyaraq müxtəlif lazımsız tullantılardan cihaz və qurğular hazırlayır. Telefon üçün enerji qurğusu, sərinkeş, hava təmizləyicisi, tozsoran və.s qurğular Emil Əlizadənin əl işləridir.
AzerTimes-ın Qarabağ bürosunun çəkiliş qrupu Emil Əlizadə ilə görüşüb, onun əl işləri ilə tanış olub. E.Əlizadə bildirib ki, internetdə gördüyü bəzi ixtiralar onun diqqətini cəlb edib və bu istiqamətdə çalışmalara başlayıb. Hazırda istedadlı məktəblinin iş otağında xeyli sayda qurğu var. E.Əlizadənin təhsil aldığı orta məktəbin fizika müəllimi Aynurə Ağzadə bildirib ki, yeniyetmə uzun müddətdir bu kimi qurğular hazırlayır və isdedadı ilə həmyaşıdlarından seçilir.
Emilin növbəti hədəfi dron hazırlamaqdır. O, bu istiqamətdə hazırlıqlara başlayıb və layihəsini tezliklə bitirməyi planlaşdırır.
Videpreportajı təqdim edirik: