Füzuli və Cəbrayılda mənzillər belə olacaq – Foto

Füzuli və Cəbrayılda mənzillər belə olacaq – Foto

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında məcburi köçkünlərin qayıtması üçün inşa edilən yaşayış komplekslərindəki mənzillər barədə məlumatları açıqlayıb.

AzerTimes xəbər verir ki, mənzillərlə bağlı məlumatlar yaşayış komplekslərini maketinin nümayiş olunduğu II Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişaf” sərgisində açıqlanıb.

Beləliklə…

Füzuli Yaşayış Kompleksi

Füzuli şəhərində inşa edilir, ümumilikdə 8,9 hektar ərazini əhatə edir. Yaşayış Kompleksində 4-5-6 mərtəbəli ümumilikdə 38 bina olacaq.

Bunlar

2 ədəd 4-5 mərtəbəli (bir girişli),

4 ədəd 5 mərtəbəli (bir girişli),

4 ədəd 6 mərtəbəli (bir girişli),

8 ədəd 4-5 mərtəbəli (iki girişli),

2 ədəd 4 mərtəbəli (iki girişli),

12 ədəd 5 mərtəbəli (iki girişli),

2 ədəd 5-6 mərtəbəli (iki girişli),

4 ədəd 6-7 mərtəbəli (iki girişli) olacaq.

Bu binalarda ümumilikdə 846 mənzil olacaq. Mənzillərdən

318-i ikiotaqlı, sahəsi 54,2-68,3 kvadrat metr,

430-u üçotaqlı, sahəsi 71,6-109,3 kvadratmetr

98-i dördotaqlı, sahəsi 92,8-108,4 kvadratmetr olacaq.

Bütün mənzillər tam təmirli, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istilik və məişət üçün isti su ilə təmin olunaraq vətəndaşlara təklif olunacaq. Yaşayış binaları ilə yanaşı ərazidə sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, uşaq oyun meydançaları, idman meydançaları da fəaliyyət göstərəcək.

Cəbrayıl Yaşayış Kompleksi

Cəbrayıl şəhərində 7,87 hektar ərazini əhatə edəcək. Yaşayış Kompleksi ümumilikdə 33 binadan ibarət olacaq. Burada

7 ədəd 5 mərtəbəli (iki girişli),

6 ədəd (iki girişli)

20 ədəd (bir girişli)

4 mərtəbəli binalar olacaq.

Bu binalarda ümumilikdə 712 mənzil olacaq. Mənzillərdən

8-i birotaqlı, sahəsi 45-50 kvadratmetr

136-ı ikiotaqlı, sahəsi 55-90 kvadratmetr

8-i iki və üçotaqlı studio tipli, sahəsi 98-100 kvadratmetr

392-i üçotaqlı, sahəsi 90-108 kvadratmetr

168-i isə dördotaqlı, sahəsi isə 110-120 kvadratmetr olacaq.

Bu kompleksdə də bütün mənzillər tam təmirli mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istilik və məişət üçün isti su ilə təmin olunaraq vətəndaşlara təklif olunacaq.

Kompleks 6 kvartaldan ibarətdir, hər kvartalda sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, giriş və çıxış pandusları nəzərə alınıb. Ərazidə velosiped yolları, istirahət, uşaq əyləncə və idman meydançaları inşa ediləcək.

Teqlər: