Ağdam. Trend:
Füzuli və Ağdam rayonları ərazisində su hövzələri minalardan təmizlənir.
Bunu AzerTimes-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin “N” saylı hərbi hissəsinin komandiri, polkovnik Əbülfəz Süleymanov deyib. “
Onun sözlərinə görə, su hövzələrinin minalardan təmizlənməsi böyük əhəmiyyət kəsb edir.
“Məqsədimiz vətəndaşlarımız tezliklə geri qayıtdıqdan sonra onların kənd təsərüffatı işləri ilə rahat şəkildə məşğul olmalarına şərait yaratmaqdır”, – deyə pokovnik qeyd edib.