İşgaldan azad edilmiş ərazilərdə yeni tədris ilində dörd məktəb açılacaq.
AzerTimes Report-a istinadən xəbər verir ki, Füzuli şəhər 1 nömrəli tam orta məktəbdə 349 şagird təhsil alacaq. Şuşa şəhərindəki 1 nömrəli tam orta məktəbdə isə 314 məktəbli oxuyacaq.
Bununla yanaşı, Laçında da iki məktəbin açılması nəzərdə tutulub – Laçın şəhər 2 nömrəli tam orta məktəb və Laçın şəhəri Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbi. 2 nömrəli məktəbdə 227, Zabux kənd məktəbində isə 147 şagirdin oxuyacağı bildirilir.
Qeyd edək ki, Laçın rayonunun Sus kəndində məktəb tikintisinə başlanılıb.